Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) vasitəsilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 21,9 milyon manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artım nümayiş etdirir. Eyni zamanda, icarə daxilolmaları proqnozlardan 30,3 % artıq icra olunub.
2025-ci il üçün ƏMDX-in büdcəyə köçürməli olduğu vəsait 46 milyon manatdır. Yarım il ərzində isə həmin məbləğin 47,6 %-i təmin olunub.