AZ

Nüvə enerjisi ilə işləyən “Omsk” raketdaşıyıcı sualtı qayığı Kamçatkaya qayıdıb

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus qanadlı raketlərlə təchiz edilmiş nüvə enerjisi ilə işləyən “Omsk” sualtı qayığı dənizdəki tapşırıqları yerinə yetirdikdən sonra Sakit okean donanmasının Kamçatkadakı bazasına qayıdıb.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.

Sakit okean donanmasının sualtı qüvvələrinin komandanı, Rusiya Qəhrəmanı kontr-admiral Valeri Varfolomeyev sualtı qayığın ekipajını döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi münasibətilə təbrik edib. O qeyd edib ki, “Omsk” ekipajı növbəti dəfə peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirib, texnika və silahlar isə öz etibarlılığını təsdiqləyib.

“Omsk” 1994-cü ildən istismarda olan nüvə enerjili sualtı qayıqdır. Sualtı qayığın gövdəsinin uzunluğu 154 metr, eni 18 metrdir. O 600 metr dərinliyə enmə qabiliyyətinə malikdir. Əsas məqsədi düşmənin aviadaşıyıcılarını məhv etmək olan sualtı qayıq layihəyə uyğun olaraq P-700 “Granit” qanadlı raketləri və altı torpedo borusu ilə silahlanıb.

2019-cu ilin avqustunda “Omsk” dörd illik modernləşdirmədən sonra xidmətə qayıdıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr