AZ

Dövlət büdcəsinin icrası üzrə yeni rəqəmlər açıqlandı - 2,7 MİLYARD MANAT ARTIQLIQ YARANIB

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə artıqlaması ilə icra olunub.

Maliyyə Nazirliyindən Marja.az-a göndərilmiş bildirilir ki, cari ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19 milyard 803,9 milyon manat təşkil edib ki, bu da altı aylıq proqnozu 704,8 milyon manat və ya 3,7 faiz üstələyib.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 milyard 703,7 milyon manat təşkil edərək proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard  91,1 milyon manat təşkil edərək proqnozdan 4,1 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 21,9 milyon manat təşkil edərək proqnozdan 5,1 milyon manat və ya 30,3 faiz, Dövlət Neft Fondundan transfert isə 7 milyard 240,5 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz və sair daxilolmalar 434,6 milyon manat təşkil edərək proqnozdan 314,1 milyon manat və ya 3,6 dəfə çox icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manat təşkil edərək proqnozdan 84,9 milyon manat və ya 21,4 faiz az icra olunub.

Yanvar-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri isə 17 milyard 275,9 milyon manat proqnoza qarşı 17 milyard 95,6 milyon manat və ya 99 faiz səviyyəsində yerinə yetirilib.

İlk 6 ayda dövlət büdcəsinin icrası nəticəsində 2 milyn 708,3 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

dövlət büdcə
Seçilən
16
50
marja.az

10Mənbələr