ABŞ Müdafiə Nazirliyi Donald Trampın İranın nüvə proqramının “tamamilə məhv edildiyi” ilə bağlı açıqlamasını təkzib edib.
Publika.az xəbər verir ki, Pentaqonun məlumatına görə, 22 iyunda İranın nüvə obyektlərinə endirilən hava zərbələri nəticəsində bu proqram yalnız 1-2 il geri salınıb.
Məsələ ilə bağlı danışan rəsmilər zərbələrin ciddi nəticə verdiyini, lakin İranın nüvə potensialının tam sıradan çıxmadığını bildiriblər.
Tramp isə ötən gün verdiyi açıqlamada, İranın nüvə proqramının “birdəfəlik bitdiyini” iddia etmişdi.
Digər tərəfdən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi xəbərdarlıq edib ki, İran uran zənginləşdirmə prosesini bir neçə ay ərzində bərpa edə bilər.