AZ

Naxçıvanda “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” adlı maarifləndirici və interaktiv layihə həyata keçirilib.

FED.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” ictimai birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Layihənin məqsədi gənclərin beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində nəzəri və praktiki biliklərini artırmaq, onların hüquqi düşüncə tərzini inkişaf etdirmək və ekoloji məsuliyyətlilik prinsiplərinə dair məlumatlılığını gücləndirmək olub.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, ədliyyə nazirinin müavini Abiddin Hüseynov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan MR ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən Hüseyn Səfərov və digər rəsmi şəxslər iştirak ediblər. Ekspert qismində Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyeva, ətraf mühit hüququ üzrə ixtisaslaşmış hüquqşünas Sadiqə Mehdiyeva və ADA Universitetinin assistent professoru Aynur Axundlı çıxış ediblər. Çıxışlar zamanı layihənin hüquqi maarifləndirmə, ekoloji düşüncə və dövlət idarəçiliyinə maraq baxımından əhəmiyyəti vurğulanıb.

Layihədə 12 nəfəri Naxçıvan Muxtar Respublikasından olmaqla müxtəlif ixtisaslar üzrə təhsil alan və ya yeni məzun olmuş 40 gənc iştirak edib.

Layihənin əsas hissəsini təşkil edən arbitraj simulyasiyası mərhələsində iştirakçılar işğal dövründə qızıl yatağında aparılmış qeyri-qanuni hasilat və bu prosesə lisenziya verən işğalçı dövlətə qarşı irəli sürülmüş iddianı mübahisələndirib, real hüquqi mövqeləri təhlil edərək çıxışlarını təqdim ediblər.

Layihə boyunca iştirakçılar üçün bir sıra ekskursiyalar və mədəni tədbirlər təşkil olunub. Gənclər Ordubad rayonunu, Möminəxatun türbəsini, Xan sarayını, “Əcəmi” seyrəngahını, Şahbuz rayonundakı Batabat yaylağını ziyarət edərək bölgənin tarixi və memarlıq irsi ilə tanış olub, “Duzdağ” Fizioterapiya Mərkəzi və Əshabi-Kəhf ziyarətgahına baş çəkiblər. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında nümayiş olunan “Ölülər” tamaşasına baxış isə layihənin mədəni komponentini tamamlayıb.

İyunun 29-da keçirilən rəsmi bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub, təşkilatçılar tərəfindən yekun çıxışlar edilib və layihənin uğurla başa çatdığı vurğulanıb.

NaxçıvandaNaxçıvandaNaxçıvandaNaxçıvandaNaxçıvandaNaxçıvandaNaxçıvandaNaxçıvanda
Seçilən
5
5
fed.az

6Mənbələr