AZ

Rusiya Odessada yaşayış binasını VURDU - Dəhşətli partlayışın VİDEOSU

Bu gecə, iyulun 3-də Rusiya pilotsuz təyyarələrlə Odessa və Xersona hücum edib.

Publika.az "Freedom"a istinadən xəbər verir ki, hücumlar nəticəsində 6 nəfər yaralanıb.

"Şahid" dronlarından biri Odessada yaşayış binasına düşüb. Üst mərtəbələrdə yanğın baş verib. Beş nəfər yaralanıb. Xilasedicilər yanan binadan ikisi uşaq olmaqla 50 nəfəri təxliyə ediblər.

İlkin məlumata görə, girişlərdən birinə ciddi ziyan dəyib. Şəhər rəhbərliyi bildirir ki, binada qalmaq təhlükəlidir.

Bundan əlavə, iyulun 3-də səhər saatlarında rus qoşunları Xersona pilotsuz təyyarə ilə zərbələr endiriblər. Bir mülki şəxs yaralanıb. Xerson Regional Hərbi Administrasiyasının məlumatına görə, partlayış nəticəsində bir nəfər beyin silkələnməsi və qəlpə yaraları alıb.

Seçilən
26
37
publika.az

10Mənbələr