AZ

Altı ayda Azərbaycan büdcəsinin gəlirləri xərclərindən çox olub

2025-ci ilin yanvar-iyun aylarına Azərbaycan dövlət büdcəsinin gəlirləri 19 milyard 803,9 milyon manat təşkil edib.

Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, altı aylıq proqnozdan 704,8 milyon manat və ya 3,7 faiz çoxdur.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 milyard 703,7 milyon manat təşkil edib. Bu, proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz çoxdur. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar proqnozdan 0,1 faiz çox olmaqla 3milyard 91,1 milyon manat təşkil edib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən dövlət büdcəsinə 21,9 milyon manat (proqnozdan 5,1 milyon manat və ya 30,3 faiz çox), Dövlət Neft Fondundan 7 milyard 240,5 milyon manat(100 faiz) daxil olub. Dövlət büdcəsinə 434,6 milyon manat sair daxilolmalar təmin edilib ki, bu da proqnozdan 314,1 milyon manat və ya 3,6 dəfə çoxdur.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manat təşkil edərək proqnozdan 84,9 milyon manat və ya 21,4 faiz az icra olunub.

Yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri isə 17 milyard 275,9 milyon manat proqnoza qarşı 17 milyard 95,6 milyon manat və ya 99,0 faiz səviyyəsində icra olunub.

Musavat.com

Seçilən
16
50
musavat.com

10Mənbələr