AZ

Hindistanda güclü yağışlar ölümə səbəb oldu

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
ONN media xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Məlumata görə, son bir həftə ərzində ştatın 12 əyaləti güclü yağışlar, daşqınlar və torpaq sürüşmələrindən zərər çəkib:
“22 nəfər itkin düşüb. Ştatda 400-dən çox yol bağlanıb, evlər, körpülərə, elektrik xətlərinə və əkin sahələrinə ziyan dəyib. Hindistanın Meteorologiya Departamenti narıncı xəbərdarlıq elan edib”.
Seçilən
7
4
onn.az

10Mənbələr