AZ

Dieqo Jotanın ölümüylə bağlı təfərrüatlar - YENİLƏNİB

Dieqo Jota yüksək sürətlə hərəkət edərkən başqa bir avtomobili ötməyə çalışıb. Elə həmin an avtomobilin təkəri partlayıb.

İdarəetməni itirən Jotanın maşını səkiyə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi alovlanıb. Hər iki portuqaliyalı – Dieqo Jota və qardaşı avtomobildən çıxmağı bacarmayıblar.

Qeyd edək ki, faciəvi hadisə İspaniyanın qərbində, A-52 magistralında baş verib.

 ***

12:17

“Liverpul”un və Portuqaliya millisinin futbolçusu Dioqo Jota avtomobil qəzasında həlak olub.

Apasport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Jota qardaşı ilə birlikdə avtomobil qəzasında dünyasını dəyişib.

Portuqaliyalı vingerin avtomobili yoldan çıxaraq alovlanıb. Hadisə zamanı hər iki nəfər ölüb.

Qeyd edək ki, 28 yaşlı futbolçu bir müddət əvvəl Portuqaliya millisi ilə UEFA Millətlər Liqasının qalibi olmuşdu.                                                                         

"Qalatasaray"dan Yann Zommer bombası

Argentina millisinin üzvü "Marsel"də

Tarixdə bu gün: 1998 Dünya Kubokunda dramatik qələbə - VİDEO

İtaliya A Seriyasına yüksələn klubda yeni baş məşqçi

Onauçu Trabzona gəlir - VİDEO

Seçilən
9
31
apasport.az

10Mənbələr