AZ

“Barselona”nın eks ulduzunun verdiyi son qərar “Zirə”nin ürəyinə yağ kimi yayıldı

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Hayduk”da ayrılıq baş verib.

Sportinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Split təmsilçisinin ulduz futbolçusu İvan Rakitiç karyerasını başa vurub.

Klubla müqaviləsi bitən 37 yaşlı yarımmüdafiəçiyə yeni sözləşmə təklif olunsa da, o, karyerasını bitirmək qərarına gəlib.

Bu da o deməkdir ki, Rakitiç “Zirə” ilə matçlarda futbolçu qismində iştirak etməyəcək. Ancaq o, “Hayduk”da qalacaq. Rakitiç tezliklə klubun idman sektoru rəhbəri vəzifəsinə təyin olunacaq.

“Zirə” ilə “Hayduk” arasında ilk oyun iyulun 23-də “Neftçi Arena”da, cavab görüşü ayın 31-də “Polyud Stadium”da keçiriləcək.

Seçilən
36
2
sportinfo.az

10Mənbələr