AZ

"Traktor"un oyunları Azərbaycanda canlı yayımlanacaq: Bu kanalda

Təbrizin "Traktor" klubunun oyunları Azərbaycanda yayımlanacaq.

Publika.az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan "al qurdlar"ın turnirdəki oyunları ölkəmizdə nümayiş olunacaq. "İdman TV" Asiyanın bir nömrəli klub turnirinin yayım hüququnu alıb.

Kanal üçün priotet Azərbaycanda kifayət qədər azarkeşi olan "Traktor"un oyunlarını təqdim etməkdir. Bununla belə, tamaşaçılar turnirin digər qarşılaşmalarına da izləmək imkanı qazanacaqlar.

Qeyd edək ki, "İdman TV" yayımçı şirkətlə rəsmi müqavilə imzalayıb. Bununla bağlı bu gün sirli anons təqdim edilib. Yaxın zamanda isə bu xəbər ictimaiyyətə rəsmən açıqlanacaq.

Seçilən
73
25
publika.az

10Mənbələr