AZ

Güclü yağış 51 nəfərin həyatına son qoydu

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Milli.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Məlumata görə, son bir həftə ərzində ştatın 12 əyaləti güclü yağışlar, daşqınlar və torpaq sürüşmələrindən zərər çəkib:

22 nəfər itkin düşüb. Ştatda 400-dən çox yol bağlanıb, evlər, körpülərə, elektrik xətlərinə və əkin sahələrinə ziyan dəyib. Hindistanın Meteorologiya Departamenti narıncı xəbərdarlıq elan edib.

Ştatda 400-dən çox yol bağlanıb, evlərə, körpülərə, elektrik xətlərinə və kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

Səlahiyyətlilər sakinləri ehtiyatlı olmağa çağırır.

Fidan
Milli.Az

Seçilən
8
4
milli.az

10Mənbələr