AZ

I yarımildə 750 dən çox xarici investisiyalı müəssisə dövlət qeydiyyatından keçib

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

2025-ci ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.630.743 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

525.az-a bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. İyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrünə nisbətən 8,1 faiz artaraq 197.038 vahid təşkil edib.

2025-ci ilin yanvar – iyun aylarında 6.814 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,9 faizi (6558) yerli investisiyalı, 11,1 faizi (756) xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,3 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
50
525.az

10Mənbələr