AZ

Valyuta bazarında kritik durum – Manat 4 il sonra ilk dəfə belə oldu

Xəbər verdiyimiz kimi, avro son 4 ildə ilk dəfə 2 manat həddini keçib. Mərkəzi Bankın açıqladığı rəsmi məzənnəyə əsasən, 1 avro 2,0035 manat səviyyəsində müəyyən edilib.

Bu tendensiyanın davam edəcəyi gözlənilirmi? 4 ildən sonra yaşanan dəyişikliyin səbəbi nədir?

News24.az Globalinfo.az-a  istinadən xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, avronun məzənnə dəyişiklikləri bir neçə amillə bağlıdır:

“Hazırda qlobal valyuta bazarında Avropa Mərkəzi Banklar Sisteminin faiz dərəcəsini artırması və sərt pul siyasəti istiqamətində gözləntilər ön plandadır. Eyni zamanda ABŞ dolları digər valyutalar qarşısında zəifləyir. Məzənnə dəyişsə də, rəqəm əhəmiyyətli dərəcədə böyük deyil. Yenə də indiki situasiyanın bəzi təsirləri mümkündür. Məsələn, bu gün xaricdə, xüsusilə Avropada təhsil alan tələbələrin xərclərində artım gözlənilir. Həmçinin Avropaya səyahət bahalaşa və oradan idxal olunan müəyyən malların qiymətləri yüksələ bilər. Bu fərq davam edərsə, Azərbaycanda da idxal tələbi və turizm xərcləri çoxalacaq”.

Ekspert bildirib ki, avronun bahalaşması ölkəmizin idxal və ixrac əməliyyatlarına təsir edəcək:


“Biz Avropanın 10-dan çox ölkəsinə qaz və digər enerji resursları ixrac edirik. Azərbaycana daxil olan avronun bahalaşması büdcəmizə əlavə vəsait gətirəcək. Digər tərəfdən, tərəfdaşların valyuta ehtiyatlarının diversifikasiyası nəticəsində Mərkəzi Bank daha çox avro alacaq. Dünya bazarında avro və dolların qarşıdurması davam edərsə, avro möhkəmlənə bilər”.


Seçilən
20
4
news24.az

4Mənbələr