AZ

Təyyarə uçuş zamanı qanadının bir parçasını itirdi FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Atlantadan Roliyə uçan "Delta" şirkətinin "Boeing 737" təyyarəsi səmada qanadının bir parçasını itirib. Qanadın hissəsi Rolidə yaşayış rayonuna düşüb.

Avtosfer.az xəbər verir ki, bu barədə "New York Post" məlumat verib.

"Təyyarə təhlükəsiz eniş etdi, sol qanadın arxa kənarının qanadcığının bir hissəsinin yerində olmadığı müəyyən edildi", - deyə "Delta" şirkətinin nümayəndəsi bildirib.

Qanadın parçasının yolun kənarına, avtomobildən bir metr aralıda düşdüyü, xəsarət alan olmadığı bildirilib.

Məqalədə vurğulanıb ki, uçma və enmə zamanı təyyarənin yavaşlamasına və hündürlük yığmasına kömək etmək üçün arxa kənarın qanadcıqları istifadə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
avtosfer.az

2Mənbələr