AZ

Bu qidaları birlikdə YEMƏYİN Ekspertdən AÇIQLAMA

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Qida məhsullarının uyğun şəkildə istehlakı insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Bəzi qidaların birgə qəbulu faydalı olsa da, digərlərinin birlikdə yeyilməsi sağlamlıq problemlərinə səbəb ola bilər.

Qida eksperti Ağa Salamovun BAKU.WS-ə açıqlamasına görə, səhər yeməyində südü yumurta və bəkməz kimi məhsullarla birlikdə qəbul etmək düzgün deyil:

"Süd tərkibindəki kalsium səbəbindən dəmirin sorulmasına mane ola bilər. Bu isə orqanizmdə dəmir çatışmazlığına gətirib çıxara bilər", – deyə o bildirib.

Ekspert əlavə edib ki, meyvələri əsas yeməklərlə birlikdə qəbul etmək də mədə-bağırsaq sisteminə mənfi təsir göstərir:

"Bu halda köp, qaz və həzm pozuntusu müşahidə olunur. Ona görə də gündəlik rasion düzgün tərtib olunmalıdır" – deyə o vurğulayıb.

Son günlər cəmiyyətdə müzakirə olunan "qarpızla pendiri birlikdə yemək olarmı?" sualına da münasibət bildirən Ağa Salamov bu fikrin elmi əsası olmadığını qeyd edib:

"Qarpızla pendirin birlikdə yeyilməsi absurd sayılmamalıdır. Əksinə, bu cür qida kombinasiyası orqanizmin immun sistemini gücləndirə bilər", – deyə o izah edib.

Lakin ekspert qarpızla yemişin eyni vaxtda yeyilməsinin sağlamlıq üçün təhlükəli olduğunu da bildirib. Onun sözlərinə görə, bu iki meyvənin tərkibindəki yüksək şəkər miqdarı qan təzyiqinin artmasına səbəb ola bilər.

Zəhərlənmə riski baxımından ən təhlükəli kombinasiyalardan biri kimi qatıqla balığın birgə istifadəsini göstərən ekspert bu barədə də xəbərdarlıq edib:

"Əgər balıq düzgün saxlanılmayıbsa, qatıqla birlikdə qəbulu ciddi zəhərlənmə riski yarada bilər", – deyə o əlavə edib.

Ağa Salamov vətəndaşları yay aylarında xüsusilə qida seçimində diqqətli olmağa və qida kombinasiyalarını düzgün planlaşdırmağa çağırıb.

Şahanə Xankişiyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
baku.ws

1Mənbələr