ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan xəbər portallarına — xüsusilə "Global Media Group”a məxsus "Report.az”, "Oxu.az”, "Caliber.az” kimi saytların Rusiyanın müxtəlif şəhərlərində əlçatan olmaması ilk baxışdan texniki problem kimi təqdim oluna bilər. Lakin məsələnin miqyası və spesifikliyi göstərir ki, bu, daha çox hədəfli məhdudlaşdırma (yəni filtrasiya və ya bloklama) ehtimalını gündəmə gətirir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurası sədrinin müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.
O Azərbaycan xəbər saytlarının Rusiyada bloklanmasına münasibət bildirirkən qeyd edib:
"Xatırlatmaq istərdim ki, bundan əvvəl də "Global Media Group"a məxsus saytlara hücumlar olmuşdu və bu hücumların arxasında məhz rusiyalı "haker qruplari"nın durduğu ilə bağlı informasiyalar var idi.
Bildiyiniz kimi, Kremlin informasiya təhlükəsizliyi siyasəti çərçivəsində Rusiya ərazisində "düşmən informasiya platformaları" kimi dəyərləndirilən saytlar tez-tez bloklanır. Son günlər baș verən proseslər fonunda Azərbaycan mediası da bu çərçivəyə salına bilər.
Belə ki, saytlara girişin yalnız texniki yox, koordinasiyalı şəkildə, müxtəlif rigionlarda eyni vaxtda məhdudlaşdırılması, haqlı olaraq bu addımın siyasi sifarişlə həyata keçirildiyi qənaətini yaradır.
Vüqar Zifəroğlu bu addımı dövlət səviyyəsində senzura adlandırıb:
"Gőrünən budur ki, Rusiya dövləti öz vətəndaşlarının xarici mənbəli məlumatlarla təmasda olmasına, yəni alternativ xəbər qaynaqlarından alınan bilgilərlə tanış olmaqlarına getdikcə daha sərt yanaşır.
Bu ifadə azadlığına və informasiya əldə etmək hüququna birbaşa müdaxilədir. Birmənalı şəkildə vurğulamalıyıq ki, Rusiya daxilində yaşayan azərbaycanlıların, o cümlədən rusdilli oxucuların öz ölkələrinin media resurslarına çıxışının qarşısının alınması, dővlət səviyyəli senzura nümunəsidir.
Bu hal yalnız texniki məsələ deyil, həm də siyasi və informasiya azadlığı ilə bağlı narahatedici siqnaldır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.