AZ

Cəmi iki gün əvvəl baş verdi: Diqqət Yaponiyanın “Vanqa”sına yönəldi

Yaponiyada baş verən 5,5 bal gücündə zəlzələ məşhur öncəgörən Ryo Tatsukinin 5 iyul 2025-ci il üçün proqnozlaşdırdığı “böyük təbii fəlakət” iddiasını yenidən gündəmə gətirib.

Publika.az xəbər verir ki, Yaponiyada baş verən şpon zəlzələnin bu önəcgörmə ilə bağlı olub-olmadığı maraq mövzusuna çevrilib. Yaponiya Meteorologiya Agentliyi ölkənin cənubundakı Kaqoşima prefekturasının Tokara adaları yaxınlığında 5,5 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb. Zəlzələnin episentri paytaxt Tokiodan təxminən 1200 kilometr cənub-qərbdə yerləşir.

Agentlik zəlzələdən sonra sunami xəbərdarlığının verilmədiyini açıqlayıb. Akuseki adasında baş verən zəlzələ Yaponiyanın 1-7 intensivlik cədvəli üzrə “6-dan aşağı” səviyyədə baş verib. Zəlzələdə can və mal itkisi olmasa da, gözlər daha əvvəl zəlzələdən danışan “Yaponiyanın “Vanqa babası” kimi tanınan Ryo Tatsukiyə çevrilib.

Tatsuki dünyada baş verən bir çox mühüm hadisələri daha əvvəl proqnozlaşdırıb. O, Freddi Merkuri və şahzadə Diananın ölümlərini proqnozlaşdırmışdı. Tatsuki, 2011-ci ildə Kobe zəlzələsi və COVID-19 pandemiyası kimi hadisələrlə bağlı proqnozları ilə də diqqət çəkib.

Ona görə də, 5 iyulda olan zəlzələdən sonra bütün diqqətlər “böyük təbii fəlakət” olacağını iddia edən Tatsukiyə yönəlib. Bu zəlzələnin onun iddia etdiyi tarixdən cəmi 2 gün əvvəl baş verməsi də, məsələyə əlavə rəng qatıb.

Seçilən
32
8
publika.az

10Mənbələr