AZ

“Erməni deputatların hərəkəti müxalifəti “cin atına” mindirib

Ermənistan parlamentinin bir qrup deputatının ATƏT PA-nın Lissabonda keçirilən tədbirdə Azərbaycan deputatları ilə həmərylik nümayiş etdirməsi erməni müxalifətini əsəbləşdirib.

Tribunainfo.az xəbər verir ki, cin atına minən erməni müxalifəti bunu “yolverilməz” və “düşmən addım” kimi təqdim edirlər.

Hazırda Bakıda mühakimə olunan separatçı Ruben Vardanyanın “dilmancı” və “kassiri” kimi tanınan “Yaşayacaq ölkə” partiyasının sədri Mane Tandilyan da həmin “küpəgirən qarı”ya çevrilib. O deyib ki, bundan sonra Ermənistanda hakimiyyətdə olan Mülki Müqavilə Partiyasının deputatları bütün tədbirlərdə azərbaycanlı həmkarları ilə birgə oturmalıdır. “Mülki Müqavilə Partiyasından olan deputatların Azərbaycan nümayəndə heyətlərinə qoşulmasının vaxtıdır. Qoy, bundan sonra birlikdə hərəkət etsinlər”.

Fərda Uğur

Seçilən
16
1
tribunainfo.az

1Mənbələr