AZ

Rusiyalı general Kurskda öldürüldü

Rusiya Hərbi Dəniz Qüvvələri komandanının müavini briqada generalı Mixail Qudkovun xidməti vəzifəsini yerinə yetirərkən Kursk vilayətində həlak olduğu açıqlanıb.

Turkustan.az xəbər verir ki, Rusiyanın Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako Telegram kanalında "Mixail Qudkov və digər əsgərlər Kursk vilayətində xidmət zamanı həlak olublar. Ailəsinə və yaxınlarına başsağlığı verirəm" deyib.

Qudkov Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasının komandiri kimi Kursk vilayətində Ukrayna əsgərlərinə qarşı döyüşlərdə iştirak edib.

“Rusiya Qəhrəmanı” titulunu daşıyan Qudkov mart ayında Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanının müavini təyin edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
23
4
turkustan.az

10Mənbələr