AZ

Türkiyədə yanaraq külə dönən istirahət mərkəzinin ürəkağrıdan görüntüləri

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Türkiyənin İzmir şəhərində istirahət mərkəzi meşə yanğınlarının sıçramsı nəticəsində yanaraq kül olub. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yaşıl və mavi rəngin vəhdətini əks etdirən Seferihisar bölgəsindəki kurort mərkəzindən geriyə sadəcə ürəkağrıdan görüntülər qalıb. 

Yanğın iyunun 29-da saat 13:00 radələrində başlayıb. 

Bölgəyə çoxlu yanğınsöndürən qruplar cəlb edilərək alovlara müdaxilə edilib. Külək səbəbindən qısa müddətdə geniş əraziyə yayılan yanğından sonra 4 kənd sakini təxliyə edilib. Tüstüdən zəhərlənən 21 nəfər xəstəxanalara yerləşdirilib.

Yanğın dünən məhdudlaşdırılıb. Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin əməkdaşları 155 binaya ziyan dəydiyini açıqlayıblar. 

Həmin ərazidə 110 evin, 2 iş yerinin və 1 tövlənin dağıldığı və ciddi ziyan dəydiyi müəyyən edilib.  Seferihisarın sahil zolağında yaşıllıqlar tamamilə külə dönüb. Bölgəni əhatə edən meşə boz rəngə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
baku.ws

2Mənbələr