Beyləqanda yeniyetmə kanalda batıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Xanqızı kanalının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Eyvazallılar kənd sakini Ə.Qasımov sözügedən kanalda batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanıb.