“Liverpul”un futbolçusu Dioqo Jota və qardaşı Andre Silvanın həlak olduğu qəzanın təfərrüatları açıqlanıb.
Futbolpress.az xəbər verir ki, hadisə Zamora əyalətində baş verib. Polis məsələ ilə bağlı açıqlama yayıb:
“Lamborghini” markalı avtomobil ötmə edən zaman təkəri partlayıb və yoldan çıxıb. Avtomobil daha sonra yanmağa başlayıb. Qəza yerli vaxtla saat 00:30 radələrində Zamora əyalətinin Cernadilla bələdiyyəsində baş verib. İki nəfər ölüb”.