"Beşiktaş" gənc futbolçusu Demir Ege Tıknazın müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2028-ci ilin yayına qədər imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Demir Ege ötən mövsümü icarə əsasında Portuqaliyanın "Rio Ave" klubunda keçirib. O, burada 33 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.