Bakı. Trend:
25 may və 1 iyun 2025-ci il tarixlərində keçirilmiş II, III vəI, IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri iləbağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 1959abituriyent 3298 yazı işi ilə bağlı qiymətlərinin araşdırılmasıüçün müraciət edib. Edilən bütün müraciətlər araşdırılıb, haqlıiradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isəabituriyentlərin elektron apellyasiya ərizələrinə hər iş üzrəekspert rəyi əlavə edilib. Qeyd edək ki, müraciətlərin 18-i boşyazı işindən (bu işlərdə abituriyentlər tərəfindən heç bir yazı işiyerinə yetirilməyib və tamamilə boşdur), 28-i isə tam bal iləqiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlərtərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərəaid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrindəmüvafiq qeydlər yazılıb.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiyaərizələrinə (https://apelyasiya.dim.gov.az/) daxil olaraqApellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər.Apellyasiya prosesinin başa çatması ilə bağlı abituriyentlərinelektron apellyasiya ərizələrində yazdıqları mobil telefonnömrələrinə “sms” məlumat da göndərilib.
Apellyasiya Komissiyası tərəfindən 393 abituriyentin 420 (bütünyazı işlərinin 0,05%-i) yazı işi ilə bağlı düzəliş edilib. Budüzəlişlərdən 34-ü yerdəyişmə halları ilə (cavab vərəqində birtapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıqüçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isəyazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən xətalarlabağlıdır.6 yazı işinə verilən bal isə ekspertlərin rəyi iləendirilib.
Müvafiq düzəlişlər 4 iyul 2025-ci il tarixində gün ərzindəabituriyentlərin imtahan nəticələri səhifəsində yekun ballarında özəksini tapacaq.
Xatırladaq ki, 25 may 1 iyun tarixlərində keçirilmişimtahanlarda ümumilikdə 91939 abituriyent iştirak edib və buabituriyentlər 827451 yazı işi yerinə yetiriblər.