Uimbldon tennis turniri davam edir.
Offsideplus.az xəbər verir ki, qadınların mübarizəsində Zeynep Sönmez 2-ci turda çinli Van Sinyuy ilə üz-üzə gəlib. Türkiyəli raket ustası hər iki seti 7:5 hesabı ilə qazanaraq matçdan qələbə ilə ayrılıb.
Bu nəticə ilə birlikdə Z. Sönmez son 75 ildə "Böyük Dəbilqə"lərdə 3-cü tura yüksələn ilk türk tennisçi olub. Bunu son dəfə 1950-ci ildə Rolan Qarros turnirində Bahtiye Musluoğlu bacarmışdı.