AZ

Aşura günü işləmək günahdır? – İlahiyyatçı AÇIQLADI

Aşura İmam Hüseynin (ə) və silahdaşlarının Kərbəlada şəhid olduğu gündür. İslam tarixində dərin hüzn və matəm günü kimi qeyd olunur. Lakin bu gün işə getməyin və ya fəaliyyət göstərməyin dini baxımdan günah olub-olmaması barədə mövcud suallara ilahiyyatçı aydınlıq gətiririb.

İlahiyyatçı Ağa Hacıbəyli KONKRET.az-a açıqlamasında bildirib ki, Aşura günü işləməyin haram olduğuna dair Qurani-Kərimdə və ya səhih hədislərdə birbaşa göstəriş yoxdur. Bu baxımdan, “Aşura günü işləmək günahdır” demək üçün etibarlı dini əsas mövcud deyil.

Uşaqlara

“Aşura tarixi hadisədir və Quranın nazil olmasından sonra baş verib. Bu səbəbdən həmin günə dair konkret dini qadağa yoxdur. Lakin mənəvi-irfani baxımdan müsəlmanlar bu günü hörmətlə yad edir, yas məclislərinə qatılır, şəxsi işlərini kənara qoyurlar. Amma bəzi insanlar elə peşələrdə çalışırlar ki, işlərini tərk etmək mümkün deyil. Onlar da qınanmamalıdır,” – deyə ilahiyyatçı qeyd edir.

Ağa Hacıbəyli vurğulayır ki, bu günün mahiyyəti İmam Hüseynin (ə) əzəmətli duruşunu yad etməkdir. İnsanın qəlbində İmama olan sevgi və ehtiram bu gündəki davranışında əksini tapır.

“Aşura günü işləmək qadağan edilməsə də, həmin günü dəyərli və əziz tutmaq müsəlmanın mənəvi böyüklüyünün ifadəsidir”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
18
3
konkret.az

6Mənbələr