AZ

Tələbə krediti üçün il sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

Bakı. Trend:

Tələbə krediti üçün ayrılan vəsaitin həcminin 2025-ci ilinsonunadək 22 milyon manata çatacağı gözlənilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə KreditiFondundan məlumat verilib.

Bildirilib ki, Fondun maliyyələşdirdiyi tələbələrin sayıildən-ilə artan dinamika ilə dəyişir:

"Bu artım, ölkənin təhsil strategiyasının mühümgöstəricilərindən biri olmaqla yanaşı, tələbələrə göstəriləndəstəyin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.Belə ki, 2021/2022-ci tədris ili üçün 6 milyon manat ayrıldığıhalda, bu məbləğ 2022/2023-cü tədris ilində 11.8 milyon manata,2023/2024-cü tədris ilində isə 16 milyon manata çatıb. 2024/2025-citədris ili üçün isə ayrılan maliyyə vəsaiti 19.6 milyon manattəşkil edir".

Fonddan qeyd edilib ki, təqvim illəri üzrə də ardıcıl artımmüşahidə olunur.

"2022-ci ildə 10.2 milyon manat, 2023-cü ildə 13.9 milyon manat,2024-cü ildə isə 17.5 milyon manat vəsait ayrılıb. 2025-ci ilin ilkaltı ayı ərzində bu məbləğ artıq 11.7 milyon manata çatıb. Mövcudproqnozlara əsasən, 2025-ci ilin sonunadək bu rəqəmin 22 milyonmanata çatacağı gözlənilir.

Ümumilikdə Fond yarandığı gündən bu günədək tələbələrə 53 milyonmanatdan çox maliyyə dəstəyi göstərib. Bu vəsaitin 33 milyonmanatdan çoxu standart növ təhsil tələbə krediti, 20 milyonmanatdan çoxu isə sosial növ təhsil tələbə krediti üzrə ayrılıb. Bunisbət, Fondun həm sosial bərabərliyini təmin etməyə, həm də təhsilimkanlarını genişləndirməyə yönəlmiş fəaliyyətini əks etdirir", -deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu 2021-ci ildən etibarənölkədə təhsil alan Azərbaycan Respublikası vətəndaşı olantələbələrin maddi yükünü azaltmaq məqsədilə fəaliyyət göstərir.Hazırda Fond tərəfindən təqdim olunan sosial və standart növ təhsiltələbə kreditləri minlərlə tələbənin təhsilini davam etdirməsinəşərait yaradır.

Seçilən
15
az.trend.az

1Mənbələr