AZ

Beynəlxalq tədbirlərin işğaldan azad olunmuş bölgələrdə keçirilməsi həm siyasi, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir



"Artıq Azərbaycanın beynəlxalq səviyyəli tədbirləri yüksək səviyyədə təşkil etmək ənənəsi formalaşıb. Bu kontekstdə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün Xankəndidə keçirilməsi ölkəmizin qlobal müstəvidə formalaşdırdığı müsbət imicin təzahürüdür. Tədbirin işğaldan azad olunmuş Xankəndi şəhərində keçirilməsi tarixi Zəfərimizin beynəlxalq arenada təsdiq olunduğunun göstəricisidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, Xankəndi Azərbaycan tarixinin əzəmətini özündə əks etdirən strateji əhəmiyyətli şəhərlərimizdən biridir:

"44 günlük Vətən Müharibəsi və 23 saatlıq antiterror əməliyyatlarından sonra digər işğaldan azad olunmuş şəhərlər kimi Xankəndinin də ölkə iqtisadiyyatına reinteqrasiyası sürətlə davam etdirilir. Ona görə də bu tip tədbirlərin işğaldan azad olunmuş bölgələrdə keçirilməsi həm siyasi, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.

Cənab Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurla bağlı olan strateji baxışı da məhz bölgənin iqtisadi potensialının lazımı səviyyədə qiymətləndirilərək xarici investisiyaların cəlb edilməsinə yönəlib. Bü çərçivədə Zirvə görüşünün Xankəndində keçirilməsi şəhərin inkişafına öz töhfəsini verəcək. Eyni zamanda bu tədbir ölmüş narrativləri canlandırmağa çalışan qüvvələrə də ünvanlanmış açıq mesajdır".

Süleyman
Seçilən
62
12
newscenter.az

10Mənbələr