AZ

Sonuncu paneldə dayanıqlı inkişafda qadınların rolundan danışıldı

İƏT Təmiz Enerji Mərkəzinin müvəqqəti icraçı direktoru Aysel Yaqubovanın moderatorluq etdiyi “Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda baş tutan sonuncu paneldə İƏT ölkələrində qadınların rəhbərlik etdiyi yaşıl biznesləri gücləndirmək üçün effektiv iqtisadi alətlər, həmçinin rəqəmsal inklüzivlik və innovasiyaların birgə əməkdaşlıq çərçivəsində daha da sürətləndirilməsi mövzusu müzakirə edilib.

“İki sahil” xəbər verir ki, sessiyada Qırğızıstan Respublikasının Əmək, Sosial Müdafiə və Miqrasiya nazirinin müavini Aliza Soltonbekova, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və çoxşaxəli iqtisadi əməkdaşlıq məsələləri üzrə departamentinin direktoru Behzad Azars, İƏT Elm Fondunun Prezidenti Seyid Komail Təyyibi, BMT Sənaye İnkişafı Təşkilatının (UNIDO) Sənaye İnkişafı üzrə mütəxəssisi Tatyana Çernyavskayanın çıxışları dinlənilib.

Müzakirələr zamanı qadınlar üçün süni intellekt sahəsində təhsilin təşviqi və təşkil olunması, eləcə də onların innovasiya ekosistemlərinə çıxışının dəstəklənməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, qadınların tədqiqat, elm və texnologiya sahələrində gücləndirilməsi, “yaşıl bacarıqlar”a çıxış imkanlarının genişləndirilməsi, təmiz enerji sektorunda qadınların iştirakının artırılmasının təşviq edilməsi, həmçinin qadınların maliyyə resurslarına çıxışının təmin olunması istiqamətində fikirlər səsləndirilib.

Seçilən
12
ikisahil.az

1Mənbələr