AZ

Ağ Şəhərdə vətəndaşların şikayət etdiyi yol quruluşu - RƏSMİ AÇIQLAMA

Həmin ərazidə müvafiq dövlət qurumları ilə razılaşdərılmış şəkildə geridönmə hissə yaradılıb ki, nəqliyyat vasitələri əlavə məsafə qət etmədən rahat şəkildə geridönmə əməliyyata edə bilsinlər.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki geridönmə əməliyyatını təhlükəsiz şəkildə yerinə yetirmək üçün əlavə hərəkət zolağı təşkil olunub. Hərəkət trayektoriyasına uyğun ərazidə hərəkət zolaqları tənzimlənib. Sürcülər yol hərəkəti qaydalarına riayət etməklə ərazidə hərəkət istiqamətlərinə uyğun rahat və təhıükəsiz şəraitdə hərəkət edə bilirlər. Ərazidə qəza riski yalnız hərəkət qaydalarına riayət edilmədikdə baş verə bilər.

***16:28

Bakının Ağ Şəhər ərazisində, Nizami Gəncəvi parkına aparan yolda sürücüləri narahat edən təhlükəli vəziyyət yaranıb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan vətəndaş bildirir ki, sözügedən yolun kənarı çox kəskin şəkildə qırağa çıxıb və burada döşənmiş bərk səki daşı səbəbindən qəza riski yüksəkdir. Müraciətdə qeyd olunur ki, bu yolun quruluşu bir çox sürücünü çaşdıra və qəza ilə nəticələnə bilər:

"Artıq burada bir neçə dəfə qəza baş verdiyinin şahidi olmuşam. Xahiş edirik məsələ işıqlandırılsın və müvafiq qurumlar tədbir görsün".

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, ola bilər həmin ərazidə piyada keçidi var, bu səbəbdən onların təhlükəsizliyi üçün səki bu formadadır. 

Nəqliyyat eksperti Elməddin Muradlı isə bunun müasir şəhərsalma qaydalarına uyğun olduğunu, geriyə dönmə yeri kimi inşa edildiyini və bu çox normal hal olduğunu bildirdi. 

Görüntünü təqdim edirik:

Şahanə Xankişiyeva

Seçilən
12
33
far.az

10Mənbələr