AZ

Erməni mediası Bakıda sadə ruslara "böyük təzyiq" hekayələri uydurur... Reaksiyalar…


Ilyas Hüseynov: “Azərbaycan və Ermənistan arasında sülh prosesi davam etsə də, sülh müqavilələrinin müddəaları razılaşdırılsa da, düşmənçilik, nifaq salma xisləti özünü açıq şəkildə göstərir”

Erməni mediasının yazdığı məlumata görə, Azərbaycan Respublikası ərazisində Rusiya səfirliyinə həmin ölkənin vətəndaşları tərəfindən çoxsaylı müraciətlər daxil olur. İddia olunur ki, səfirliyə müraciət edənlər, əsasən ölkəmizə səyahətə gələn rus turistlər ölkə vətəndaşlarının onları narahat etməsindən narazılıq edir.

Onların dediyinə görə, Rusiya turistləri Azərbaycanın yerli əhalisi tərəfindən hücuma məruz qalır,təhqir edilir. Yəni Azərbaycanda sadə ruslara qarşı xoşagəlməz vəziyyət müşahidə olunur. Ancaq bu iddia tamamilə yalandır. Maraqlıdır, hazırkı şəraitdə erməni mediasının bu cür yanlış informasiya yaymasının məqsədi nədir?

“Ölkəmizə istirahət üçün gələn turistlərə yerli əhali tərəfindən böyük hörmət ifadə olunur, erməni mediasının yaydığı məlumat həqiqətdən uzaqdır və qəbuledilməzdir”

Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi davam etsə də, sülh müqavilələrinin müddəaları razılaşdırılsa da, düşmənçilik, nifaq salma xisləti özünü açıq şəkildə göstərir: “Ermənistanda açıq şəkildə bəzi şəxslər Azərbaycan və Rusiya arasında olan gərginlikdən faydalanmağa çalışır, öz maraqlarını güdür. Ermənilər Azərbaycana şimal qonşusu ilə daha da gərgin münasibət arzulayır. Məlum arzularına çatmaq üçün Azərbaycanda olan rus turistlərindən istifadə etməyə çalışırlar. Bu da hibrid konteksdə qarşıdurma yaradır. Erməni mediasının yaydığı məlum məlumat tamamilə yalandır, həqiqətdən uzaqdır”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan tolerant bir dövlətdir. Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri dostluq, qardaşlıq harmoniyası əsasında yaşayıblar və yaşayacaqlar. Ölkəmizə istirahət üçün gələn turistlərə yerli əhali tərəfindən böyük hörmət ifadə olunur: “Erməni mediasının yaydığı məlumat həqiqətdən uzaqdır və qəbuledilməzdir.Onu da nəzərə almaq lazımdır ki, bu cür məlumatlar Azərbaycanla Ermənistan arasında sülh prosesinə mənfi təsir göstərir və iki ölkəni üz-üzə qoymaq niyyətini göstərməkdədir.Ermənistanla elə qüvvələr var ki, Azərbaycanla Rusiya arasında düşmənçiliyi hər zaman arzulayıb. Onlar çalışıb ki, bu iki ölkə arasında daim gərgin münasibət olsun və bunda da öz maraqlarını güdüblər. Ancaq onlar unutmasın ki, bu cür təxribata Azərbaycan heç vaxt uymayacaq”.

Günel CƏLİLOVA

Seçilən
7
baki-xeber.com

1Mənbələr