Böyük Britaniya parlamentinin aşağı palatası ölkədə fəaliyyət göstərən fələstinyönümlü "Palestine Action"nun terror təşkilatları siyahısına daxil edilməsini nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə dəstəkləyib.
Bu barədə BBC agentliyi məlumat yayıb.
Təklifin edilən qanun layihəsinin lehinə 385 deputat, əleyhinə isə 26 deputat səs verib.
Qeyd olunub ki, indi qanunun qüvvəyə minməsi üçün Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper onu təsdiq etməlidir.
Qanun İsrail hakimiyyətinin əleyhinə fəaliyyət göstərən "Palestine Action" təşkilatına dəstəyi cinayət əməli hesab edir. Təşkilata üzv olmaq və onun fəaliyyətində birbaşa iştirak isə 14 ilə qədər həbslə nəticələnə bilər.**Oxu.Az