AZ

Prezident İlham Əliyev Xankəndidə Qarabağ atlarının "Zəfər şousu"nu izlədi

BAKI, 3 iyul. TELEQRAF

Prezident İlham Əliyev Xankəndidə Qarabağ atlarının "Zəfər şousu"nu izləyib.

Teleqraf xəbər verir ki, tədbir çərçivəsində orkestrin ifasının sədaları altında Qarabağ atları ilə nümayiş etdirilən yürüş xüsusi diqqət çəkib.

Ənənəvi milli geyimdə çıxış edən atlılar Azərbaycanla yanaşı, qardaş türk dövlətlərinin və digər müsəlman ölkələrinin bayraqlarını daşıyaraq, meydandan keçiblər. Bu görüntü həm milli qürur hissini, həm də türk dünyasının birliyini simvolizə edib.

Tədbir çərçivəsində, həmçinin müxtəlif milli elementləri özündə əks etdirən təqdimatlar da nümayiş olunub.

Seçilən
22
teleqraf.com

1Mənbələr