AZ

Ukrayna Qudkovu MƏHV ETDİ – Komanda məntəqəsi DARMADAĞIN EDİLDİ

Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanının müavini Aleksey Qudkov Kursk vilayətində yerləşən ön cəbhə komanda məntəqəsinə endirilmiş zərbə nəticəsində həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri mənbəyə istinadla məlumat yayıb.

Bildirilir ki, hücum şəxsi heyətin düzülüşü zamanı həyata keçirilib. Kursk vilayəti Ukrayna ilə sərhəddə yerləşir və son vaxtlar bu bölgədə intensivləşən dron və raket hücumları qeydə alınır.

Primorsk diyarının qubernatoru Oleq Kojemyako hadisədən sonra verdiyi açıqlamada həlak olanlar arasında “sədaqətli silahdaş” – donanmanın daha bir yüksək rütbəli nümayəndəsi, Narıman Şixəliyevin də olduğunu deyib.

Rusiya Müdafiə Nazirliyi iyulun 2-də Gudkovun Kursk vilayətinin sərhəd rayonlarından birində “döyüş tapşırığını yerinə yetirərkən” öldüyünü təsdiqləyib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
23
24
konkret.az

10Mənbələr