AZ

Oğru evi təmizlədi , it onunla dostlaşdı VİDEO

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bəzi itlər bəlkə də həddən artıq dostcanlıdır. TikTok-da yayılan bir videoda it ev sahibinin evini qarət edən oğru ilə dostlaşır. Əvvəlcə it yad adama heç bir reaksiya vermir, sonra isə onunla oynamağa başlayır.

Lent.az bu görüntünü sizə təqdim edir:

Oğrunun da itləri sevdiyi görünür – o, çantasına əşyaları yığmaq arasında tüklü dostumuzu sığallamağa da vaxt tapır.

Video müəllifi zarafatla belə yazıb:

“Əgər bu adam iti sevdirdisə, istədiyi vaxt geri qayıda bilər”.

İt evini qarət edən oğru ilə dostlaşdı

Videonun şərh bölməsi minlərlə istifadəçi ilə dolub. Bəziləri hadisəni zarafatla qarşılayıb:

“Allah eləməsin, adam işini ürəklə görür”.

“Mən qırmızı bayraqları görməməzliyə vururam”.

“İtinlə ciddi söhbət etməlisən”.

“Bəlkə bu oğrunu sənin itin çağırıb"?

Bəzi izləyicilər isə videonun real olmasından şübhələniblər. Onlar itin davranışından hiss ediblər ki, bəlkə də bu "oğru" ona tanış şəxsdir:

“Bu it o adamı tanıyır".

“100% ev sahibi özü olacaq, mən buna aldanmaram”.

“Əşyalarınızı kişi dostlarınızdan birində axtarın. İt onu tanıyır”.

Oxşar hadisələr

Bir istifadəçi isə oxşar hadisənin öz başına gəldiyini yazıb:

“Bir dəfə evimizə kimsə girdi. Oğru deyildi, sadəcə sərxoş idi və bizdən əvvəl bu evdə yaşayırdı. İtimiz (Rottweiler) onu içəri buraxıb, onunla divanda oturdu." (Ərim qapını düzgün bağlamamışdı!)

Digər maraqlı oğurluq hallarından

Yaxın zamanda ABŞ-da “Skubi-Du” axtarışa verilmişdi. Məşhur cizgi film qəhrəmanının kostyumunda olan bir kişi Alabamada 24 saatlıq mağazaya basqın etmişdi. Polisin verdiyi məlumata görə, şübhəli şəxs yalnız pul və sikkələri götürüb, qəlyanaltılara toxunmayıb – görünür, bu, Skubi-Dunun sevimli yeməklərinə bir eyham idi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
lent.az

1Mənbələr