AZ

Tehran Vaşinqtonla danışıqlara hazırdır – Aİ ilə nüvə məsələsində əməkdaşlıq mesajı

İran xarici işlər naziri Abbas Araqçi ölkəsinin ABŞ zərbələrinə cavab vermək niyyətində olmadığını və Vaşinqtonla danışıqlara açıq olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Tehran diplomatik yolları üstün tutur, lakin amerikalılar əvvəlcə zorakılığa əl atmayacaqlarına İranı inandırmalıdırlar.

“Amerikalılar bizə izah etməlidirlər ki, nəyə görə bizi aldadıb, xalqımıza qarşı bu dəhşətli addımı atdılar”, – deyə Araqçi bildirib.

Nazir həmçinin qeyd edib ki, İranın uranın zənginləşdirilməsi ilə bağlı siyasətində dəyişiklik yoxdur:
“İranın öz ərazisində uran zənginləşdirmək hüququ var. Yeganə məhdudiyyət – hərbiləşdirməyə getməməkdir”, – deyə o əlavə edib.

Araqçi vurğulayıb ki, Tehran zənginləşdirmə proqramının səviyyəsi və miqyası ilə bağlı digər tərəflərlə əməkdaşlığa hazırdır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
17
1
konkret.az

1Mənbələr