AZ

Rusiyalı konsul Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın rəhbərləri ilə görüşdü

Rusiyanın Azərbaycandakı konsulu Bakıda həbs olunan “Sputnik Azərbaycan” media qurumunun rəhbər şəxsləri – baş redaktor İqor Kartavıx və baş redaktorun müavini Yevgeni Belousovla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Blijneye zarubje” yayıb.

Məlumata görə, görüş zamanı jurnalistlərin səhhətinin normal olduğu, onların dərman vasitələri və qida ilə təmin edildiyi bildirilib.

Qeyd edək ki, hər iki şəxs barəsində rəsmi orqanlar tərəfindən başlanmış hüquqi araşdırma davam edir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
10
konkret.az

1Mənbələr