AZ

“Anje”də ulduzu parlamayan Xaled “Sabah”da günə çıxacaqmı?

Məlum olduğu kimi, “Sabah” dünən heyətini Zinədin Uld Xaledlə gücləndirdi. Masazır təmsilçisi 25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzaladı.

“Football-plus.az” xəbər verir ki, “Anje”nin (Fransa) yetirməsi olan futbolçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.

195 sm boya malik oyunçu həm də mərkəz müdafiəçisi mövqeyində çıxış edə bilir. O, Fransanın U-19 millisinə dəvət alsa da, debüt etməyib. Xaled 2024/25 mövsümündə Liqa 1 təmsilçisinin heyətində çempionatın mümkün 34 matçından 10-da meydana çıxaraq cəmi 340 dəqiqə tər tökübsə, 19-da əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında əyləşib. Qalan qarşılaşmalarda adı iştirak ərizəsinə daxil edilməyib.

Maraq üçün qeyd edək ki, Xaledin “Transfermarkt”da qiyməti 400 min avrodu. O, karyerasının ən baha dövrünü yaşayır.

KƏNAN BAHADIR

Seçilən
9
1
football-plus.az

2Mənbələr