“Təmiz ölkəm” devizi altında keçirilən növbəti təmizlik aksiyasına bu dəfə “Bank of Baku”nun əməkdaşları da qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən iməcilik zamanı “Bank of Baku”nun əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib.