AZ

Zülfiyyənin boşandığını sanıb elçi düşdülər

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Oğlum Babəkin bu söhbətdən xəbəri yox idi. İctimai Televiziyada "Ozan" verilişini aparan vaxtı prodüser gəlirdi və deyirdi ki, sənə sevgi məktubu gəlib. Mən də gülürdüm. O insana məktub falan da yazmamışdım".

Axşam.az xəbər verir ki, bu sözləri "Rəngarəng" verilişində aşıq Zülfiyyə İbadova deyib. Sənətçi həmin şəxsin bir müddət sonra ona elçi düşdüyünü bildirib: 

"Həmin adam bir dəfə özü rayondan biribaşa studiyaya gəldi və məktubu yazan mənəm dedi. Heç yadıma da düşmürdü. Cavab verdim ki, "Deyəsən, başınız xəstədir". Rayondan gəlib mənə elçi düşdü. Dedim ki, "Mənim bilirsən nə boyda oğlum var?".  "Xəbərim var, Babəki bilirəm. Mənə elə çatdırıblar ki, siz guya boşanmısınız" cavabını verdi. Ona dedim ki, "Səhv çatıdırıblar qardaş, bunu nə sən demisən, nə də mən eşitmişəm". Gəldim gülə-gülə həyat yoldaşım Sakitə danışdım, amma Babəkə demədim".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
axsam.az

1Mənbələr