AZ

Patriot və raketlər Kiyevə gəlməyəcək – Ukrayna səbəbi siyasi sayır

BAKI, 3 iyul. TELEQRAF

ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırması Kiyevdə narazılıqla qarşılanıb.

Teleqraf xəbər verir ki, “The Hill” nəşrinin Ukrayna mənbələrinə istinadən yaydığı məlumata görə, Ukrayna rəsmiləri bu qərarı Donald Tramp administrasiyasının siyasi təzyiq vasitəsi kimi dəyərləndirir.

Məqalədə bildirilir ki, Ukrayna rəsmilərinin fikrincə, çatdırılmaların dayandırılması Donald Tramp administrasiyasının Kiyevdən siyasi güzəştləri sıxışdırmaq cəhdləri ilə bağlıdır.

Nəşrin məlumatına görə, Ukrayna tərəfi bu qərardan hiddətlənib və silah-sursatla təminat kanallarını açıq saxlamaq üçün səylərini davam etdirir.

Qeyd edək ki, ABŞ yaxın aylarda Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri, yüksək dəqiqlikli artilleriya mərmiləri və raketlərin tədarükünü dayandırmağı planlaşdırır. Bu silahlar Ukraynanın, xüsusilə də "F-16" qırıcı təyyarələrinin effektiv istifadəsi üçün kritik əhəmiyyət daşıyır.

Hazırda Ukrayna tərəfi yaranmış vəziyyətin təsirlərini minimuma endirmək və tədarük yollarını alternativ vasitələrlə bərpa etmək istiqamətində beynəlxalq səviyyədə diplomatik fəaliyyətini gücləndirib.

Seçilən
14
33
teleqraf.com

10Mənbələr