AZ

"Aİ ABŞ ilə ticarət razılaşmasına hazırdır, lakin..."

Avropa İttifaqı (Aİ) ABŞ ilə ticarət sazişi bağlamağa hazırdır. Hazırda Aİ-nin ticarət və iqtisadi təhlükəsizlik komissarı Maroş Şefçoviç Vaşinqtonda məsələni müzakirə edir. Məqsəd britaniyalılara bənzər prinsipial razılaşma əldə etməkdir, detalları sonra aydınlaşdırmaq lazımdır.

"Ölkə.az" xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Orxusda növbəti altı ay ərzində Aİ-də sədrlik edəcək Danimarkanın Baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında deyib.

"Bildiyiniz kimi, ABŞ ilə danışıqlar davam edir. Komissar Şefçoviç bu gün Vaşinqtondadır. Demək istəyirəm ki, biz razılaşmaya hazırıq. Biz danışıqlar yolu ilə problemin həllini tapmaq istəyirik", - AK rəhbəri bildirib.

O eyni zamanda qeyd edib ki, Aİ razılığın əldə olunmaması vəziyyətinə də hazırdır: "Başqa sözlə, bütün alətlər istifadəyə hazırdır".

Ursula fon der Leyen vurğulayıb ki, ABŞ ilə razılaşma Aİ üçün çox vacibdir, söhbət 1,5 trilyon avroluq ticarət dövriyyəsindən gedir.

Onun sözlərinə görə, Avropa digər tərəfdaşlarla müzakirələri davam etdirir:

"Ona görə də biz bu prezidentlik dövründə MERKOSUR (Cənubi Amerika Ümumi Bazarı, Argentina, Braziliya, Paraqvay və Uruqvayın iştirak etdiyi iqtisadi və siyasi birlik), Meksika və ümid edirəm ki, ilin sonuna qədər Hindistanla müqavilələrimizin nəticələrini görərik".

Seçilən
19
22
olke.az

10Mənbələr