AZ

Zelenski Trampla Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə etmək istəyir

Ukrayna prezidenti Volodimir Zelenski yaxın günlərdə ABŞ prezidenti Donald Trampla Ukraynaya kritik silahların tədarükünün dayandırılması ilə bağlı açıqlamanı müzakirə etmək niyyətində olduğunu bildirib.

APA xəbər verir ki, Zelenski bu haqda mətbuat konfransında danışıb.

"İlk növbədə, əlbəttə ki, biz ABŞ-ın davamlı dəstəyinə ümid edirik. Bəzi silah növləri var ki, təəssüf ki, bu gün Avropada yoxdur. Bu silahlardan xüsusilə PAC3-ü qeyd etmək istəyirəm. Mən Patriot sistemləri üçün raketləri nəzərdə tuturam. Bu sistemlərin vacibliyini nəzərə alsaq bu raketlərin nə qədər vacib olduğunu görərik.", - Zelenski bildirib.

Seçilən
1
apa.az

1Mənbələr