AZ

“Sputnik-Azərbaycan” işi üzrə 5 nəfər polisin nəzarətinə verildi

“Sputnik-Azərbaycan” işi üzrə 5 nəfər polisin nəzarətinə verildi

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

"Report"un əldə etdiyi məlumata görə, onların hamısı Azərbaycan vətəndaşlarıdır.

Həmin şəxslər istintaqa cəlb olunub, izahatları alındıqdan sonra sərbəst buraxılıblar.

Xatırladaq ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də “Rossiya Segodnya”nın (“Sputnik”) Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini bəyan etmişdi. O bildirmişdi ki, qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Buna baxmayaraq, "Sputnik Azərbaycan" fəaliyyətini davam etdirmiş və əməkdaşları ofisə çıxmışdı. Bu səbəbdən agentliyin ofisində polis əməliyyatı keçirilmiş, direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılmışdı.

Hər iki şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Onlar barəsində Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Seçilən
24
50
afn.az

10Mənbələr