AZ

Sumqayıtda motosiklet sürücüsü iki piyadanı VURDU

Sumqayıt şəhərində piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, motosiklet hərəkətdə olarkən yolu keçmək istəyən 2 kişini vurub.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, hadisə nəticvəsində 1960-cı il təvəllüdlü şəxs kəllə-beyin travması alıb, 2006-cı il təvəllüdlü şəxsə isə bud sümüyünün sınığı diaqnozu təyin olunub:

"Reanimasiya şöbəsinə yerləşdirilən hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir”.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
14
40
bizim.media

10Mənbələr