AZ

Rövşən Lənkəranskinin xalası oğlu Rusiyada saxlanıldı

BAKI, 3 iyul. TELEQRAF

Rusiyada daha bir azərbaycanlı kriminal avtoritet saxlanılıb.

Teleqraf xəbər verir ki, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda şübhəli bilinən azərbaycanlı avtoritet Zaur Əhmədov Orenburqda həbs edilib.

Xatırladaq ki, 47 yaşlı iş adamı Zaur Əhmədov Rövşən Lənkəranskinin xalası oğludur. Z.Əhmədov Lənkəranskinin ölümündən sonra onun “kriminal irsinə” başçılıq edib.

Zaur Əhmədov həmçinin Moskvanın ən iri topdansatış bazarı olan “Fud-Siti”yə nəzarət edən şəxs kimi tanınır.

Seçilən
34
2
teleqraf.com

1Mənbələr