Amerikalı aktyor Maykl Madsen 68 yaşında vəfat edib.
AFN.az xəbər verir ki, bu barədə onun menecerinə istinadən "NBC News" məlumat yayıb.
Bildirilir ki, aktyor iyulun 3-də səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.
Madsen ən böyük şöhrətini rejissor Kventin Tarantino ilə əməkdaşlıq nəticəsində qazanıb. Onun 40 ildən çox davam edən aktyorluq karyerası ərzində "Rezervuar İtləri" (1991), "Telma və Luiza" (1991), "Azad Villi" (1993), "Növlər" (1995), "Günah şəhəri" (2005), "Ekspress Moskva-Rusiya" (2014), "Nifrətli Səkkizlik" (2015) və "Billi azad edin" kimi onlarla məşhur filmdə rol alıb.