AZ

Günay Qurbanova U-20 Avropa çempionatının qalibi oldu

Bakı. Trend:

İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatıdavam edir.

Trend xəbər verirki, qadın güləşi üzrə ilk çempionlar artıq müəyyənləşib.

59 kiloqram çəki dərəcəsində mübarizə aparan Günay Qurbanovabütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksəlib.Həlledici görüşdə o, türkiyəli Sevim Akbaş üzərində inamlı qələbə(9:1) qazanaraq Avropa çempionu tituluna sahib çıxıb.

Beləliklə, Günay Qurbanova bu il iştirak etdiyi üçüncü yarışdada qızıl medal əldə edib. Qeyd edək ki, o, daha əvvəl ilin ilkreytinq turnirinin və U-23 Avropa çempionatının da qalibi olub.

Seçilən
16
az.trend.az

1Mənbələr