AZ

Krit adasında meşə yanğınlarına görə 5 minə yaxın turist təxliyə edilib

Bakı. Trend:

Krit adasının cənubunda baş verən meşə yanğınlarının sürətləyayılması nəticəsində 5 minə yaxın turist təxliyə olunub.

Trend xəbər verirki, bu barədə Yunanıstanın AMNA dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlər helikopterlər və xüsusitexnikanın köməyi ilə Yerapetra şəhəri yaxınlığında alovunqarşısını almağa çalışırlar. Güclü küləklər səbəbindən yanğınlarınyayılması təhlükəsi artdığından, əraziyə əlavə polis və sahilmühafizə qüvvələri də cəlb olunub.

Yunanıstan Yanğınsöndürmə Xidmətinin sözçüsü VasilisVatrakoqianis bildirib: “İyul ayı adətən ilin ən isti dövrüdür vəbu zaman tez-tez güclü küləklər əsir. Bu, meşə yanğınlarınınyayılmasına səbəb olan əsas amillərdəndir”.

Qeyd edək ki, iqlim dəyişikliyi Yunanıstanda son illərdə meşəyanğınlarının daha geniş və təhlükəli hal almasına gətirib çıxarıb.2018-ci ildə Mati şəhərində baş vermiş yanğın nəticəsində 100-dənçox insan həyatını itirmişdi.

Seçilən
26
50
az.trend.az

10Mənbələr